Xalq artisti Könül Xasıyeva sosial şəbəkədə anasından yazıb. Lent.az-ın məlumatına görə, anasının fotosunu paylaşan xanəndə düşüncələrini bu cür izah edib: “Can anam, yaddaşın itsə də, bizi tanımasan da, şirin səsin, isti nəfəsin evimizdə olsun”.
Qeyd edək ki, K.Xasıyenvanın anası xeyli vaxtdır ki, yataq xəstəsidir. Atası isə, bu il dünyasını dəyişib.